Görünməmiş SERİYA
02.02.2023 - 09:39
![Görünməmiş SERİYA](https://apasport.az/storage/news/2023/february/02/big/63db4cbb9b3b763db4cbb9b3b8167531641163db4cbb9b3b363db4cbb9b3b6.jpg)
Fransa Liqa1-də yeni antirekord qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, “Anje” ölkə çempionatları tarixində ən uzun məğlubiyyət seriyasına imza atıb.
XXI turda “Ayaçço”ya uduzan komanda ardıcıl 13-cü dəfə məğlub olub. Bu, Liqa1 tarixində görünməmiş uğursuz seriyadır.
Qeyd edək ki, “Anje” sonuncu dəfə ötən il sentyabrın 18-də xal qazanıb. Həmin vaxt “Nitsa”nı 1:0 hesabı ilə məğlub edən komanda hazırda 8 xalla turnir cədvəlinin autsayderidir.
0
0