“Gözəlçə” “Mançester Yunayted”lə görüşdü
25.07.2023 - 01:39
Məşhur Hollivud ulduzu Culiya Roberts növbəti dəfə futbol sevgisini büruzə verib.
Apasport.az saytının məlumatına görə, daha çox “Gözəlçə” filmindəki rolu ilə tanınan aktrisa “Mançester Yunayted”lə “Arsenal”ın ABŞ-dakı yoxlama oyununu izləyib.
O, matçdan sonra “qırmızı şeytanlar”ın baş məşqçisi Erik Ten Haq və futbolçuları ilə görüşüb. Culiyaya “Mançester Yunayted”in üzərində onun soyadı yazılan 1 nömrəli forma hədiyyə olunub.
Qeyd edək ki, şəhərin digər təmsilçisi “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da Robertsin pərəstişkarıdır.
- "Fənərbaxça" və "Qalatasaray" yenə üz-üzə: Braziliyalı qolkiper Türkiyə yolunda
- "Fənərbaxça"nın futbolçusu milli karyerasını başa vurdu
- Azərbaycanlı referi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat aldı
- Bundesliqa: “Leypsiq” 3 xalı 3 qolla qazandı
- “Ayntraxt” evdə, “Hoffenhaym” səfərdə qalib gəldi
0
0