Hakan Çalhanoğlunun DƏRDİ
22.12.2022 - 14:19

İtaliyanın “İnter” klubunun türkiyəli futbolçusu Hakan Çalhanoğluna qadağalar tətbiq edilib.
Apasport.az xəbər verir ki, bu barədə 28 yaşlı oyunçunun özü açıqlama verib.
O, “Neradzurri”yə gəldiyikdən sonra sevimli hobbisindən kənar düşdüyünü deyib: “Transfer olunduqdan sonra idman direktorumuz Piero Ausilio motosikl sürməyimi istəmədiyini qəti şəkildə bildirdi. Bu səbəbdən də sevimli motosiklimdan ayrı düşmüşəm”.
Qeyd edək ki, Türkiyə millisinin də şərəfini qoruyan təcrübəli futbolçu bu mövsüm meydana çıxdığı 20 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
- Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub - FOTOLENT
- “Napoli” futbolçusu ilə müqavilə yenilədi
- Tarik Elyunissi: “Qarabağ”da oynadığım üçün xoşbəxtəm" - Müsahibə
- Rauf Əliyev: "Almaniya klubları heç kimi bağışlamır" - MÜSAHİBƏ
- Vasili Berezutski: “Sahib olduğum keyfiyyətləri həyata keçirməyə çalışacam”
0
0