Hakimə ŞƏRT
04.10.2022 - 23:31
![Hakimə ŞƏRT](https://apasport.az/storage/news/2022/october/04/big/633c03a9b0036633c03a9b00371664877481633c03a9b0033633c03a9b0035.jpg)
“Milan” Hakim Zieşi transfer etməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu “Çelsi”nin yarımmüdafiəçisini qış transfer pəncərəsində heyətinə qata bilər.
Lakin keçidin baş tutması üçün mərakeşli “Milan”ın şərtini qəbul etməlidir. A seriyası təmsilçisi 29 yaşlı oyunçuya daha aşağı maaş vermək niyyətindədir.
Hakim İngiltərədə ilə 5 milyon avro qazanır. Milanlılar ona bu qədər maaş ödəmək fikrində deyil.
Qeyd edək ki, Zieş cari mövsümdə 4 matçda meydana çıxıb.
0
0