"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 11-ci turunda "Real"a qarşı keçirəcəkləri matç haqqında danışıb.
Apasport.az xəbər verir ki, mütəxəssis bu oyunun Kataloniya təmsilçisi üçün çox vacib olduğunu vurğulayıb:
"Sabahkı oyunu səbirsizliklə gözləyirik. Fərqli ideyalarımız var, fərqli oynaya bilərik. “Bavariya” ilə oyunda başa düşdük ki, bəzi şeyləri yaxşılaşdırmalıyıq. İndi biz "Real"ın oyununa və üslubuna uyğunlaşmalı olacağıq. "Real" yaxşı, hazırlıqlı komandadır. Amma mən öz futbolçularıma güvənirəm".
Qeyd edək ki, "El-Klassiko" sabah Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- “Qarabağ” və “Neftçi”nin sabiq məşqçisi istefaya göndərilib
- Zaur Həşimov: “Bizə vaxt lazımdır”
- NTD-nin baş məşqçisi: “Bu qələbə psixoloji baxımdan bizə kömək edəcək”
- Krakov-2023: Səbinə 1/8, Anna və Valeriya 1/16 finalda uduzdu - YENİLƏNİB
- AAF-nin vitse-prezidenti Avropa Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresində iştirak edib