
“Biz heç vaxt təslim olmuruq. Bunu növbəti dəfə sübut etdik”.
Apasport.az xəbər verir ki, bunu “Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço deyib.
Premyer Liqanın “Aston Villa” ilə dünən baş tutan matçında dubl edən futbolçu görüş barədə danışıb: “İlk qolunu vurub qələbəyə səbəbkar olan Rasmus Hoylunda görə də sevinirəm”.
Komandanın baş məşqçisi Erik ten Haq da “Aston Villa” üzərində qələbəni şərh edib: “Xarakter göstərdik. Oyunumuzu tapacağıq. Rəqib standart vəziyyətdən iki qol vurdu, amma biz daha yaxşı oynayırdıq və bunun nəticəsi olmalı idi”.
Qeyd edək ki, mançesterlilər bu qarşılaşmada 3:2 hesablı qələbə qazanıb.
- “Neftçi”nin baş məşqçisinin burnunu sındırdılar - ŞOK VİDEO
- “Formula 1” üzrə Azərbaycan Qran-Prisinə könüllülərin qeydiyyatı başlayıb
- Millimizin Slovakiya ilə oyunda kapitanı o olacaq
- Qurban Qurbanovun şərəfinə təqvim buraxılıb - MARAQLI FAKT
- Dünya çempionatının finalının keçiriləcəyi stadion müəyyənləşib