![A seriyasına yüksəldilər](https://apasport.az/storage/news/2023/may/02/big/6450b03e0b48f6450b03e0b49016830095986450b03e0b48c6450b03e0b48e.png)
İtaliya A seriyasına vəsiqə qazanan ilk klub bəlli olub.
Apasport.az saytı xəbər verir ki, 35 matçdan 71 xal toplayan "Frozinone" vaxtından əvvəl yüksək liqaya vəsiqəni təmin edib.
Tarixində üçüncü dəfə A seriyasına qalxan komanda buna hesabat turunda "Recina"ya 3:1 hesabı ilə qalib gəlməklə nail olub.
İtaliyanın tanınmış veteran futbolçularından olan Fabio Qrossonun rəhbərlik etdiyi “Frozinone” sona 3 tur qalmış ən az ikinci yeri özü üçün təmin edib. Reqlamentə əsasən, turnir cədvəlinin ilk iki pilləsində yer alan komandalar birbaşa A seriyasına vəsiqə qazanır.
Qeyd edək ki, “Frozinone” 2018/2019 mövsümündə A seriyasında 19-cu olaraq B seriyasına düşüb.