Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli olub
21.10.2025 - 00:14
Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli olub

“Nottingham Forest”in yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, komandaya Şon Dayç rəhbərlik edəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər arasında razılıq əldə olunub. Rəsmi müqavilənin yaxın günlərdə imzalanması gözlənilir.

Qeyd edək ki, “Nottingham Forest” bir neçə gün əvvəl baş məşqçisi Ance Postekoğlu ilə yollarını ayırıb.