Heunq-Min Sonun gələcəyinə aydınlıq gəlib
07.01.2025 - 14:35
![Heunq-Min Sonun gələcəyinə aydınlıq gəlib](https://apasport.az/storage/news/2025/january/07/big/677d037b2371f677d037b237201736246139677d037b2371d677d037b2371e.png)
Premyer Liqa klublarından “Tottenhem”in şərəfini qoruyan Heunq-Min Son gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu İngiltərə təmsilçisi ilə yeni müqavilə imzalayıb.
Razılaşmaya əsasən, Son daha 1 il “Tottenhem”in uğurları üçün çalışacaq.
Qeyd edək ki, ulduz futbolçu 2016-cı ildə “Bayer”dən 30 milyon avro qarşılığında Premyer Liqa klubuna keçmişdi.
0
0