II Liqaya düşmüşdü - AVROPA LİQASINDA İŞTİRAK EDƏCƏK
27.06.2025 - 20:53
II Liqaya düşmüşdü - AVROPA LİQASINDA İŞTİRAK EDƏCƏK

Fransa Liqa 2-yə düşürülən "Lion" UEFA Avropa Liqasında iştirak edəcək.

Apasport.az xəbər verir ki, bununla bağlı klubdan rəsmi açıqlama yayılıb.

"Lion" UEFA rəhbərliyinə məktub ünvanlayaraq, turnirdə iştirak etmək arzusunu dilə gətirib. Fransa Futbol Maliyyə Nəzarət Orqanı sansksiyalarından sonra klub Avropa futbol qurumu ilə maliyyə məsələlərinin yoxlanılması ilə bağlı əməkdaşlıq razılaşması əldə edib.

Qeyd edək ki, "Lion" Fransa Liqa 1-də son mövsümü 6-cı pillədə başa vuraraq, Avropa Liqasında çıxış etmək hüququ qazanıb.