İkardinin “Qalatasaray”dan İSTƏYİ
22.12.2022 - 15:44
Türkiyənin “Qalatasaray” klubunda çıxış edən Mauro İkardi klub rəhbərliyinə yeni qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, mövsümün əvvəlində Fransanın PSJ komandasından icarə əsasında “cim-bom”a gələn argentinalı futbolçu daha bir il “sarı-qırmızı” formanı geyinmək istəyir.
İkardi göstərilən diqqətdən məmnun qaldığını deyərək, İstanbul təmsilçisindən birdəfəlik transfer olunmasını istəyib.
Qeyd edək ki, argentinalı hücumçu bu mövsüm 6 oyunda 4 qol vurub, 3 qolun isə ötürməsini verib.
- Yığmamız Dünya Seriyasının yarımfinal mərhələsində
- “Qalatasaray” və “Fənərbaxça” zirvədə - STATİSTİKALAR
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- “Formula 2”: Sərbəst yürüşə start verilib
- Van Bronkhort: “Hazırda "Feyenoord"a rəhbərlik etməyi düşünmürəm”
0
0