Super Liqa təmsilçilərindən “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğanın durumu ilə maraqlanır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis almaniyalı futbolçunun çıxışını nəzərdən keçirir. Türkiyə klubu 33 yaşlı yarımmüdafiəçini cari transfer pəncərəsində heyətinə qatmağa cəhd edə bilər.
Daha əvvəl almaniya millisinin futbolçusu ilə digər Super Liqa təmsilçisi "Qalatasaray" maraqlanırdı.
Xatırladaq ki, İlkayın La Liqa klubu ilə müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatacaq.
Gündoğan 2023/24 mövsümündə La Liqada 35 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
- Qurban Qurbanov: “Bu adı qoruyub saxlamaq çox vacibdir”
- Prezident İslamiadada yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılmasına 1,9 milyon manat ayırıb
- Pioli İngiltərə klubundan gələn təklifi rədd edib
- “Misli”də virtual idman oyunlarında yeni real liqalar
- Qurban Qurbanov: "Belə bir şey nə yaxşı olardı" - MÜSAHİBƏ