
İngiltərə millisi ardıcıl üç oyunda qol vurmayıb.
Apasport.az saytının məlumatına görə, Qaret Sautqeytin yetirmələri bu uğursuzluğu Millətlər Liqasında yaşayıb.
Böyük britaniyalılar İtaliya ilə iki (0:0, 0:1), Macarıstanla bir (0:4) matçda qola həsrət qalıb. İngiltərə millisi XXI əsrdə ilk dəfə belə qol həsrəti yaşayıb.
Sonuncu belə uğursuzluq 2000-ci ilin noyabrında qeydə alınıb. Onda DÇ-2002-nin Almaniya (0:1) və Finlandiya (0:0) ilə seçmə oyunları və İtaliya ilə yoldaşlıq (0:1) matçında rəqib qapısına yol tapılmayıb.
Qeyd edək ki, V turda İtaliyaya 0:1 hesabı ilə uduzan İngiltərə B liqasına yuvarlanıb.
- UFC çempionu Taysonun rəqibini təhqir etdi
- Argentinalı ulduz üçün 95 milyon avro
- “Kəpəz”in legioneri: "Bu cür səhvlərə görə hakimləri cəzalandırırlar, Azərbaycanda isə..." - MÜSAHİBƏ
- Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıb-yeyirlər”
- Azərbaycan beynəlxalq təşkilatın yubiley konqresində təmsil olunub