İnzaqi qovuldu
11.02.2024 - 21:22
![İnzaqi qovuldu](https://apasport.az/storage/news/2024/february/11/big/65c90238c843b65c90238c843c170767212065c90238c843965c90238c843a.jpg)
Filippo İnzaqi "Salernitana"nın baş məşqçisi vəzifəsindən qovulub.
Apasport.az “Tuttosport”a istinadən xəbər verir ki, İnzaqi 2023-cü ilin oktyabrında İtaliya klubuna baş məşqçi təyin edilmişdi.
“Salernitana” 24 turdan sonra İtaliya çempionatının turnir cədvəlində 13 xalla sonuncu, 20-ci yerdədir.
Klub ardıcıl altı oyunda qalib gələ bilmir. Rəhbərlik də Filipponun komandanı uğursuzluqdan çıxara bilməməsi səbəbindən postundan uzaqlaşdırıb. İnzaqi “Milan”, “Venetsiya”, “Bolonya”, “Benevento”, “Breşiya” və “Reccina” klublarında baş məşqçi kimi çalışıb.
0
0