İspaniyalı hücumçu “Barselona”nı tərk edə bilər
30.08.2024 - 13:57
![İspaniyalı hücumçu “Barselona”nı tərk edə bilər](https://apasport.az/storage/news/2024/august/30/big/66d196549265f66d1965492660172501154066d196549265d66d196549265e.jpg)
“Barselona”nın hücumçusu Ansu Fati yay transfer pəncərəsinin son günlərində komandasını dəyişə bilər.
Apasport.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Jirona” 21 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
İspaniyalı forvardın transfer dəyəri 25 milyon avro qiymətləndirilir və onun “Barsa” ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
Fati ötən mövsüm İngiltərənin “Brayton” klubunda icarə əsasında çıxış edib. O, Premyer Liqada keçirdiyi 19 matçda 2 qol vurub.
0
0