![İstefa verən klub prezidenti işinə davam edəcək](https://apasport.az/storage/news/2025/february/12/big/67ac7f890a9c967ac7f890a9ca173935808967ac7f890a9be67ac7f890a9c8.jpeg)
Ötən günlərdə “Adana Demirspor” klubunun prezidenti Bedirhan Durak istefa verdiyini açıqlamışdı (oxu).
Apasport.az xəbər verir ki, “Qalatasaray”la oyundan sonra bu addımı atan mütəxəssis işinə davam edəcək.
Bu barədə Durak özü açıqlama yayıb. O, iclasda istefa qərarının qəbul olunmadığını bildirib.
Klub rəsmisi Murat Sancakla görüşdüyünü söyləyib. O, qərarını bu sayədə dəyişdiyini deyib:
“Qalatasaray”la oyunda baş verən ədalətsizlikdən sonra verdiyimiz qərardan sonra edilən tənqidlər, eşitdiyimiz təhqirlər və klubumuz haqqında yayılan söz-söhbətlərdən sonra istefa verdiyimi açıqlamışdım.
Bu gün Murat Sancakla görüşdüm. O, istefa qərarımın təsdiqlənmədiyini və işimə davam etməyimin klubumuz üçün daha yaxşı olacağını bildirdi”.
Qeyd edək ki, "Adana Demirspor" həmin matçın ilk yarısında meydanı tərk edib.