Klopp Almaniya millisinə namizədliyindən danışdı
01.10.2024 - 23:37
![Klopp Almaniya millisinə namizədliyindən danışdı](https://apasport.az/storage/news/2024/october/01/big/66fc50120420966fc50120420a172781160266fc50120420766fc501204208.webp)
Yürgen Klopp Almaniya millisinin baş məşqçisi postuna namizədliyi haqda danışıb.
Apasport.az xəbər verir ki, o, Yulian Nagelsmannı əvəzləməyəcəyini bildirib.
"Hər kəs ümid edir ki, Yulian Naqelsmann 2026-cı ildən qat-qat uzun müddət millidə qalacaq”.
Qeyd edək ki, Almaniya millisinin idman direktoru Rudi Völler Yulian Naqelsmann indiki vəzifəsini tərk edəcəyi halda yerinə Yurgen Kloppun namizədliyini nəzərdən keçirəcəklərini bildirib.
0
0