"Adana Demirspor"un prezidenti istefa verdi
10.02.2025 - 10:42
"Adana Demirspor"un prezidenti istefa verdi

Super Liqa təmsilçilərindən "Adana Demirspor"un prezidenti Bedirhan Durak dünən axşam "Qalatasaray"la səfər matçında meydandan çəkildikdən sonra istefa verdiyini açıqlayıb.

Apasport.az xəbər verir ki, o, bu barədə sosial media hesabında açıqlama verib: 

"Əziz "Adana Dəmirspor" azarkeşləri, oktyabr ayından etibarən üzərimə götürdüyüm vəzifəmi layiqincə yerinə yetirmək üçün gecə-gündüz çalışdım, cibimdən, vaxtımdan və sağlamlığımdan verdim. Mən həmişə klubumun xeyrinə olan dəstəyi göstərmişəm. Belə bir həddə çatdığımız üçün üzgünəm. Girdiyimiz burulğandan çıxmaq mümkün deyil. İlk növbədə klubum, daha sonra isə ailəm, sevdiklərim və sağlamlığım üçün bu vəzifədən istefa verirəm". 

Qeyd edək ki, Türkiyə Super Liqasının XXIII turunda "Adana Demirspor" "Qalatasaray"la oyunda meydandan çəkilib. Klub meydan sahiblərinin lehinə verilən penaltiyə görə bu addımı atıb.

0