Samir Abasov: “ Martın 22-si demişdim, ancaq onu deməmişdim”
10.02.2025 - 21:20
Samir Abasov: “ Martın 22-si demişdim, ancaq onu deməmişdim”

Misli Premyer Liqasının XXII turunun “Zirə” – “Neftçi” matçından (1:2) sonra qonaqların baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

- "Neftçi"də bu gün 7 yerli futbolçu var idi. Ruhun qayıtmasında bu amilin rolu var?
- Rolu var, amma böyük rolu deməzdim. Böyük rol odur ki, istər legioner, istər yerliyə o ruhu verəsən. Onlar da meydançaya qoysunlar. İşlədiyim klublarda legionerlər deyərəm ki, yerlilərdən geri qalmır. Əsas ab-havanı düzəltməkdir. 

- “Kəpəz”lə oyunu saysaq, son 3 oyunda 3 qələbə...
- Martın 22-ni demişdim, ancaq hansı ili deməmişdim. Gözləyək(gülür).

- Dramatik sonluğu dilinizdə eşidək...
- Təbii ki, bütün komandalar qələbə üçün oynayır. Komanda istəyi göstərsə...bu bizim üçün həmin oyunlardan idi. Udmaq üçün hər şeyi edirik. Qol buraxandan sonra ümid qırılmadı, sadəcə pərişan oldu. Mən özüm enerjimi qələbə üçün sərf etmişdim. Köməkçilərimə dedim ki, qismət budur. Bu qələbəni çıxarmaq mənim üçün xoşdur.

- Sambu və yeni gələcək transfer haqda firkiniz necədir? 
- Qışda oyunçu gətirmək çətindir. Elə oyunçular var idi ki, onlarla danışıq aparırdıq. Dekabrdan onların kublarına çökmüşdük. Əfsuslar olsun ki, onlar alınmadı. Komandamızın hücum planında eyni tempdə oynaya bilməməyimiz bizi narahat edirdi. Düşündük ki, bu gücdən istifadə edək.
Hər kəs bazaya gedir. Prosedurlarımız var. Məşqimizi keçdik. Bu ərəfə bizim üçün çox qısadır. Kubok bizim üçün çox önəmlidir. Kubokda psixoloji o qədər yükləmə verdik. Psixoloji vəziyyətimizi yaxşılaşdırdıq. Üç qalibiyyət bizim üçün böyük iş görmüş kimi görürlər. Öz qrafikimizlə gedəcəyik.

- "Qarabağ"la matçda həmin Neftçini görə biləcəyik? Fərqli Azərbaycan derbisi..
- Bu oyundan sonra ümidlər elədir. Hər bir kanalda bu oyuna ümidlə baxacaqsız. Mən real danışım ki, "Qarabağ" bizdən güclüdür. Amma öz meydanşamızda oynayacağıq. Hər şeyi edəcəyik. Yaxşı nəticə istəyirik. Bu qalibiyyətdən danışaq. Həmən "Qarabağ"la matça köklənməyək. Məşqlərə başlayaq, bu haqda düşünəcəyik.

0