İtalyan ulduz "cimbom"un radarında
30.12.2023 - 22:45
"Qalatasaray" transfer işlərinə start verib.
Apasport.az xəbər verir ki, İtaliyanın "Roma" klubunun müdafiəçisi Leonardo Spinazzola "sarı-qırmızılar"ın radarına düşüb.
30 yaşlı italyan futbolçu eyni zamanda Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunun maraq dairəsindədir. Gianluca Di Marzio'nun xəbərinə görə "aslanlar" artıq Spina üçün hərəkətə keçiblər. Onlar futbolçunun transferini yaxın müddətdə yekunlaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Leonardo cari mövsümdə çıxdığı 13 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ten Hax: "Ronaldo məsələsinə enerji sərf etmək istəmirəm"
- "Sabah" üçün çətin oyun olacaq, "Makkabi" İsrailin ən böyük komandasıdır"
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- Yuri Vernidub: “Sanki bizim irəli getməyimizi istəmirlər”
- PSJ-nin 18 yaşlı futbolçusu Qətərdə
0
0