Portuqaliya millisinin baş məşqçisi Jorje Jesuş Braziliya yığması ilə bağlı maraqlı açıqlamalar verib.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Argentinaya 1:4 hesablı məğlubiyyətdən sonra Braziliya Futbol Federasiyasının ona milli komandanın mart ayındakı oyunları üçün namizəd heyəti hazırlamağı tapşırdığını bildirib.
"Braziliya millisinin başına keçmədim. Ancaq Argentina ilə oyundan sonra mart ayındakı qarşılaşmalar üçün ilkin heyəti hazırlamağım istənilmişdi".
Jesuş bildirib ki, Karlo Ançelottidən fərqli olaraq DÇ-2026 üçün cəmi bir neçə futbolçu seçərdi:
"Ançelottidən fərqli heyət qurardım? Bəlkə bir-iki futbolçunu dəyişərdim. Bu gün Braziliya futbolunun ən yaxşı mərkəz hücumçusu Joao Pedrodur. Bir və ya üç futbolçu fərqli ola bilərdi, amma ümumilikdə Karlo ilə eyni fikirdəyəm. Açıq danışmaq lazımdırsa, bu çox da önəmli deyil. Əsas fərqi yaradacaq amil heyət yox, oyun üslubudur".