Daniele De Rossi "Roma"nın baş məşqçisi ola bilər.
Apasport.az xəbər verir ki, paytaxt klubunun sabiq futbolçusunun Joze Mourinyonu əvəzləyəcəyi bildirilir.
İddialara görə, klub rəhbərliyi portuqaliyalının hakimlərin işindən giley-güzar etməsindən, azarkeşlər isə komandanın nəticələrindən narazıdır.
Mourinyonun, xüsusilə, ərəb klublarından sərfəli təkliflər aldığını nəzərə alsaq, bu dəyişikliyin mümkün olduğu görünür.
Qeyd edək ki, “Roma” İtaliya A seriyasında keçirdiyi 20 matçdan sonra 29 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alır. Komanda son 5 çempionat oyununun 3-ü məğlubiyyətlə başa vurub.
- Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında 10 boksçu ilə təmsil olunacaq
- FİDE: Məmmədyarov geriləyib, Rəcəbov isə mövqeyini qoruyub
- “Fiorentina"nın futbolçusunun ürəyinə defibrilyator quraşdırılıb
- Qarnaçodan "Yunayted"liləri qıcıqlandıran açıqlama: "Doğru an və doğru klub..."
- TRT “Qarabağ” haqda sənədli film çəkib - VİDEO