Karrasko “Əl Şabab”a doğru
31.08.2023 - 14:44
Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə razılıq verib.
Apasport.az saytı xəbər verir ki, Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Yannik Karrasko “Əl Şabab”a keçməyə yaxındır.
Belçika millisinin də şərəfini qoruyan 29 yaşlı orta xətt oyunçusu ərəblərlə şəxsi müqaviləsini razılaşdırıb. Hazırda ispanlarla danışıqları davam etdirən yarımada təmsilçiləri transferi yaxın günlərdə tamamlamağı planlaşdırır.
Qeyd edək ki, bu mövsüm 3 matçda iştirak edən Karrasko 1 assistlə yadda qalıb.
- AFFA finala yüksələn komandaya texniki məğlubiyyət verdi
- Qara Qarayev: "Futbolçular Çempionlar Liqasının himni altında meydana çıxmağı gözləyirdi"
- “Latsio”nun futbolçusu “Milan”a keçə bilər
- Qodsvey Donyo: “Bu amillər “Neftçi”yə keçidimdə rol oynadı”
- Montella: "Futbolçularımın "türk ürəyi" ilə oynamaları məni qürurlandırır"
0
0