Klopp Premyer Liqada 200-cü qələbəsini qazanıb
01.02.2024 - 11:54
![Klopp Premyer Liqada 200-cü qələbəsini qazanıb](https://apasport.az/storage/news/2024/february/01/big/65bb395f0ba9865bb395f0ba99170676873565bb395f0ba9665bb395f0ba97.jpg)
İngiltərədə Premyer Liqanın 22-ci turunda "Liverpul" "Çelsi"ni (4:1) məğlub etdi.
Apasport.az xəbər verir ki, bu, almaniyalı mütəxəssis Yurgen Klopp üçün əlamətdar qələbə olub.
56 yaşlı çalışdırıcı bu nəticə ilə İngiltərə çempionatında 200-cü qələbəyə çatıb. Ondan əvvəl cəmi 6 məşqçi belə yüksək göstəriciyə nail olub.
Xatırladaq ki, Klopp 2015-ci ilin yayında “Liverpul”a keçib, bundan əvvəl o, Dortmund “Borussiya”sını çalışdırıb.
0
0