Kloppdan növbəti rekord
22.10.2023 - 12:47
![Kloppdan növbəti rekord](https://apasport.az/storage/news/2023/october/22/big/6534d7c0aa8326534d7c0aa83316979619206534d7c0aa8306534d7c0aa831.png)
Yurgen Klopp daha bir rekorda sahib olub.
Apasport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 9-cu turunda "Liverpul" "Everton"a 2:0 hesabı ilə qalib gəlib.
Bu “qırmızılar”ın baş məşqçisi Yurgen Kloppun Mersisayd derbisində sayca doqquzuncu qələbəsi olub. Bununla da 56 yaşlı alman mütəxəssis 8 qalibiyyətə sevinən Rafael Benitezi qabaqlayaraq rekordun sahibi olub.
Qeyd edək ki, sözügedən matçda “Liverpul”un hər iki qoluna Məhəmməd Salah imza atıb.
0
0