Klub prezidenti: “Tutuquşuya oxşayardım”
19.05.2022 - 00:02
![Klub prezidenti: “Tutuquşuya oxşayardım”](https://apasport.az/storage/news/2022/may/18/big/6284f301a21636284f301a216416528801296284f301a215e6284f301a2161.jpg)
“Napoli” “Fulhem”dən icarəyə götürdüyü Andre Zambo Anqissanı transfer edib.
Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun prezidenti Aurelio de Laurentis açıqlayıb.
O bildirib ki, yarımmüdafiəçinin icarə müqaviləsindəki sonradan almaqla bağlı bənd aktivləşdirilib: “Anqissa “Napoli”də qalacaq. Onsuz da aydın olan şeyləri hər gün danışsam, tutuquşuya oxşayardım”.
Qeyd edək ki, “Napoli” kamerunlu yarımmüdafiəçi üçün 15 milyon avro ödəyib.
0
0