Klyüvert millinin baş məşqçisi təyin edildi
06.01.2025 - 17:08
Niderland millisinin və “Barselona”nın sabiq futbolçusu Patrik Klyüvertin yeni iş yeri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
49 yaşlı mütəxəssis İndoneziya millisinə baş məşqçilik edəcək.
İndoneziya Futbol Federasiyası Klyüvertlə 2+2 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, onun son iş yeri Türkiyənin “Adana Demirspor” klubu olub.
Sabiq futbolçu karyerası ərzində "Ayaks", "Milan", "Barselona", "Nyukasl", "Valensiya", PSV və "Lill"də çıxış edib.
- Fransa 24 ildən sonra yarımfinala yüksələ bilən son dünya çempionu olub
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- Ölkə kuboku: "Sabah" da 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB
- Qvardiolanı təqaüdə çıxaracaq ŞƏRT
- "Arsenal" ÇL matçında 2 vacib oyunçusundan məhrum olacaq
0
0