Portuqaliya millisinin futbolçusu Fransişku Konseysao komanda yoldaşı Kriştiano Ronaldo haqqında danışıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Ronaldonu futbol tarixinin ən yaxşı qolçusu adlandırıb.
Konseysao bildirib ki, Portuqaliya millisinin kapitanının bənzəri yoxdur:
"Kriştiano Ronaldo kimi qolçu futbol tarixində olmayıb. Onun vurduğu qollar, qırdığı rekordlar və karyerası hər şeyi izah edir."
Qeyd edək ki, 41 yaşlı Ronaldo DÇ-2026-da Portuqaliya millisinin heyətində çıxış edir.
Təcrübəli hücumçu milli komandanın heyətində 220-dən çox oyunda meydana çıxıb və 140-dan artıq qola imza atıb.