Konteyə rekord təklif - ən yüksək ödənişli məşqçi olacaq
11.10.2022 - 10:35
“Tottenhem” baş məşqçisi Antonio Konte ilə müqaviləni uzatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, London klubu italiyalıya yeni anlaşma təklif edəcək.
Əgər Konte bu müqaviləni imzalasa, onun illik qazancı 23 milyon avroya çatacaq. O, İngiltərə Premyer Liqasının ən yüksək ödənişli məşqçisi olacaq. Kontenin indiki sözləşməsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, “Tottenhem” 20 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü pillədədir.
- "Liverpul" təyinatı açıqlamağa hazırlaşır: İRAOLA İLƏ MÜQAVİLƏ İMZALANACAQ
- "Milan" Florensiyada uduzdu, "Sevilya" darmadağın edildi
- Aftandil Hacıyev: “Belə nəticələr dünya çempionatlarında nadir hallarda olur”
- "Qarabağ" "Qəbələ" matçında qalib müəyyənləşmədi - YENİLƏNİB
- 36 illik prezidentliyə son: 50 titul sahibinə vida
0
0