Könül Mehdiyeva Çempionlar Liqasının oyununa təyinat alıb
10.11.2024 - 15:29
![Könül Mehdiyeva Çempionlar Liqasının oyununa təyinat alıb](https://apasport.az/storage/news/2024/november/10/big/673099a5d4aa4673099a5d4aa51731238309673099a5d4aa2673099a5d4aa3.jpeg)
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
O, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Lion” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.
A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.
0
0