Kovaçiç “Mançester Siti”yə gedir
21.06.2023 - 01:49
İngiltərə çempionu “Mançester Siti” Mateo Kovaçiçlə müqavilə bağlamağa yaxındır.
Apasport.az saytı xəbər verir ki, “Çelsi” xorvatiyalı yarımmüdafiəçinin danışıqlar aparmasına icazə verib.
“Şəhərlilər” təcrübəli futbolçu üçün qarşı tərəfə 25 milyon avro təklif ediblər. London klubu isə 30 milyon qazanmaq tərəfdarıdır. Kovaçiçin “Mançester Siti”də oynamaq istəyini klub rəhbərliyinə bildirməsi londonluları güzəşt etməyə məcbur edə bilər.
Qeyd edək ki, Kovaçiç 2019-cu ildən “Çelsi”də çıxış edir və komanda ilə bir illik müqaviləsi var.
- Azərbaycan çempionatının qalibləri sabah müəyyənləşəcək
- Fərid Qayıbov: "İnanıram ki, AFFA baş məşqçi postuna uğurlu seçim edəcək"
- “Sumqayıt”ın baş məşqçisi: “Rotasiya ilə bağlı problemlər yaşadıq”
- Elvin Məmmədov: "Vaxt gedir, kimlərsə əlini daşın altına qoymalıdır"
- Lukaku "Napoli"dən ayrılacaq - Vətəninə dönür
0
0