Xorvatiya millisində yeni təyinat
13.07.2026 - 13:57
Zlatko Daliçlə yolları ayıran Xorvatiya milli komandasının yeni baş məşqçisinin adı müəyyənləşib.
Apasport.az xəbər verir ki, federasiya bu posta Slaven Biliçin gətirildiyini açıqlayıb.
Razılaşmaya əsasən, 57 yaşlı mütəxəssislə 3 illik sözləşmə imzalanıb.
Biliç karyerası ərzində "Lokomotiv" (Moskva), "Beşiktaş", "Vest Hem", "Əl İttihad", "Vest Bromviç", "Beyjinq Qoan", "Uotford"da çalışıb.
0
0