Krespoya “Olimpiakos”dan təklif
18.12.2023 - 23:50
![Krespoya “Olimpiakos”dan təklif](https://apasport.az/storage/news/2023/december/18/big/65804e12aaa1665804e12aaa17170290741065804e12aaa1465804e12aaa15.png)
“Fənərbaxça”nın futbolçusuna Yunanıstandan təklif var.
Apasport.az xəbər verir ki, “sarı-lacivərt” komandanın yarımmüdafiəçisi Miqel Krespo “Olimpiakos”un radarına girib.
27 yaşlı portuqaliyalı 2021-ci ilin yayında ölkəsinin “Eştoril” klubundan 1,5 milyon avro qarşılığında komandaya transfer olunub. Təcrübəli futbolçu bu günlərdə İstanbul təmsilçisi ilə razılaşmasını 2025-ci ilin yayına kimi artırıb.
Qeyd edək ki, bu mövsüm 15 matçda meydana çıxan Krespo aktivinə 1 qol və 1 məhsuldar ötürmə yazdırıb.
0
0