La Liqa ilə vidalaşacaq daha bir klub məlum oldu
15.05.2025 - 12:37
Cari mövsümün sonunda La Liqanı tərk edəcək daha bir komandanın adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu, "Las Palmas"dır.
Kanar adaları təmsilçisi La Liqanın 36-cı turunda "Sevilya"ya uduzub - 0:1.
La Liqanın qaydalarına əsasən, son 3 yeri tutan komandalar çempionatı tərk edəcəklər. Hazırda "Las Palmas" turnir cədvəlində 20 komanda arasında 32 xalla 19-cudur. 17-ci yerdəki "Alaves"in isə 38 xalı var. Bu da o deməkdir ki, "Las Palmas" istənilən halda La Liqa ilə vidalaşacaq.
Xatırladaq ki, La Liqadan gedəcəyi dəqiqləşən ilk komanda “Valyadolid”dir.
- Azərbaycan çempionatında II dövrənin son oyunlarının vaxtı açıqlandı
- Qurban Qurbanov: "Bəzən alınmır"
- Yeniyetmə cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşib - FOTO
- "Beşiktaş" heyətini Səudiyyə Ərəbistanında çıxış edən futbolçu ilə gücləndirəcək
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
0
0