La Liqada dekabr ayının ən yaxşı məşqçisi bəlli olub
23.12.2024 - 17:27
İspaniya çempionatında dekabr ayının ən yaxşı məşqçisi məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
“Atletiko Madrid”in çalışdırıcısı Dieqo Simeone ayın ən yaxşı məşqçisi seçilib.
Son turun matçında səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub edən komanda turnir cədvəlində liderliyə yüksəlib.
Xatırladaq ki, “Atletiko” dekabrda 3 oyun keçirib və bu oyunlarda “Sevilya” (4:3), “Xetafe” (1:0) və “Barselona”dan (2:1) güclü olub.
- Rəşad Eyyubov: “Daha çox qol vurmağa layiq idik”
- Vaqif Cavadov: "Sumqayıt"ın Yeni Baş Məşqçisi Kimdir?
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
- AFFA-nın baş katibi Fransada bir sıra görüşlər keçirib
- I Liqa: Mərkəzi oyunun hakimləri müəyyənləşdi
0
0