“Barselona”nın prezidenti Xoan Laporta Avropa Çempionatının ulduzlarından olan Niko Uilyamsla maraqlandıqlarını deyib.
Laporta düşünür ki, ispan futbolçunu transfer etmək katalonları maddi sıxıntıya salmayacaq. Apasport.az xəbər verir ki, prezident bu barədə Kataloniya radiosuna müsahibəsində danışıb.
Onun sözlərinə görə, “Barselona”da bu məsələ ilə Hans Flik və Daku məşğul olurlar, hər şey onlardan asılıdır. Laporta Nikonu çox sevdiyini və istedadına bələd olduğunu da deyib.
Qeyd edək ki, “Atletik Bilbao”nun şərəfini qoruyan Niko Uilyams bu ana qədər Avropa Çempionatında 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Renat oynadı, komandası növbəti tura yüksəldi
- “Fənərbaxça”dan evdə, “Beşiktaş”dan səfərdə qələbə
- Emreli “Nürnberq”də məşqlərə başlayıb
- Ali Koçun tarixi bonus qərarı: ÇL-də əsas mərhələyə qalacaqları təqdirdə komandaya 3 milyon avro veriləcək
- Rəşad Sadıqov: “Turan”ın mənə etdiyi yaxşılıqları unuda bilmirəm“