Leao İtaliyanı tərk edir
28.01.2024 - 23:16
"Milan"ın hücumçusu Rafael Leao İtaliyanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, PSJ və "Nyukasl" 24 yaşlı futbolçunun keçidində maraqlıdır.
Fransızlar Portuqaliya millisinin üzvünün keçidi üçün qarşı tərəflə danışıqlara start veriblər. İddialara görə, forvardın özü də Parisə getməyin əleyhinə deyil.
Qeyd edək ki, bu mövsüm “Milan” klubu ilə 26 matça çıxan Leao 6 qol və eyni sayda məhsuldar ötürməyə sahibdir.
- Fransa və Niderland Kubokunda bütün 1/4 finalçılar bilindi
- "Qarabağ"da növbəti ayrılıqlar: RUSİYAYA YOL GÖRÜNDÜ
- Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib
- “Real”a ən çox qazandıran transferlər: Kasemiro 3-cü pillədə
- Heunq-Min Sonun gələcəyinə aydınlıq gəlib
0
0