2022-ci ilin ən yaxşı qapıçısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “France Football”un təsis etdiyi Lev Yaşin mükafatının qalibi bəlli olub.
“Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində ən yaxşı qapıçı adına “Real”ın və Belçika millisinin qolkiperi Tibo Kurtua layiq görülüb.
Digər namizədlər Alisson Bekker (Braziliya, “Liverpul”), Yassin Bunu (Mərakeş, “Sevilya”), Ederson (Braziliya, “Mançester Siti”), Uqo Lyoris (Fransa, “Tottenhem”), Mayk Mayqnan (Fransa, “Milan”), Eduar Mendi (Seneqal, “Çelsi”), Manuel Noyer (Almaniya, “Bavariya”), Yan Oblak (Sloveniya, “Atletiko”), Kevin Trapp (Almaniya, “Ayntraxt”) olub.
- "Bavariya" almaniyalı futbolçusu ilə yeni sözləşmə imzalayacaq
- Şahmat Federasiyası idman jurnalistləri arasında turnir keçirib
- Millimizin Avropa çempionatında potensial rəqibləri bəlli olub
- Andrey Demçenko: “Nəticəyə görə futbolçular cərimələnəcək, rəhbərliyin göstərişidir”
- Dani Alvisin təcavüz etdiyi qız danışdı