![Levandovskidən ad günü rekordu](https://apasport.az/storage/news/2022/august/22/big/63030fbfc3afa63030fbfc3afb166114502363030fbfc3af563030fbfc3af8.jpg)
“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın II turunun “Real Sosyedad”la oyununda bir sıra statistik nailiyyətlərə imza atıb.
Apasport.az saytının məlumatına görə, komandasının 4:1 hesablı qələbəsinə dublla töhfə verən polşalı ulduz futbolçu 2009-cu ildən bəri kataloniyalıların ən erkən qolunun müəllifi olub.
1-ci dəqiqədə fərqlənən forvard eyni zamanda son 18 ildə “Barsa”nın heyətində ən erkən səfər qoluna imza atıb. Axırıncı dəfə 2004-cü ildə Xavyer Saviola hakimin start fitindən dərhal sonra fərqlənib.
Levandovski həmçinin doğum günündə dubl edən üçüncü “Barsa” oyunçusu olub. Ona qədər 1996-cı ildə Ronaldo, 1998-ci ildə isə Xulio Salinas bunu bacarıb.
Qeyd edək ki, Robert Levandovski “Barselona”ya yay fasiləsində 45 milyon avroya “Bavariya”dan keçib.