“Lids”də yeni müdafiəçi
03.01.2023 - 17:29
“Lids” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Maksimilian Veber “Zalsburq”dan transfer olunub. 24 yaşlı müdafiəçi “Lids”ın qış transfer pəncərəsində aldığı ilk oyunçudur.
Onunla 4,5 illik müqavilə imzalanıb. Maksimilian 2027-ci ilin yayına qədər “Lids”in şərəfini qoruyacaq. O, həftəsonu kubokun “Kardiff”lə görüşündə debüt edə bilər.
Qeyd edək ki, Avstriya millisində 13 oyun keçirən futbolçu “Zalsburq”dakı 125 matçda 9 qol vurub.
- “Neftçi”nin yeni baş məşqçisi sabah açıqlanır
- Sərxan Hacıyev: “Yerli məşqçi təyinatı ilə bağlı məlumat veriləcək”
- Pazdnekov Aleksandr: "Bəzən oyunumuz istədiyimiz kimi alınmır"
- Elşən Mirzəyev: “Dünya çempionatında iştirak üçün müraciətlər daxil olmaqdadır”
- Haaland yenə səhnədə: “Siti” “Liverpul”u məğlub etdi
0
0