"Lion" finala vəsiqəni 3 qolla təmin etdi
03.04.2024 - 09:17

Fransa kubokunun yarımfinalında "Lion" və “Valensien” komandaları üz-üzə gəlib .
Apasport.az xəbər verir ki, yarımfinal matçında ikinci liqa təmsilçisi “Valensien”i qəbul edən "Lion", 51 və 57-ci dəqiqələrdə Aleksandr Lakazettin, 75-ci dəqiqədə Gift Orbanın vurduğu qollarla qalib gəlib.
"Lion"un finaldakı rəqibi sabah keçiriləcək yarımfinalda PSJ - "Renn" matçından sonra müəyyənləşəcək.
“Lion” 2012-ci ildən sonra ilk dəfə Fransa kubokunun finalına yüksəlib.
Qeyd edək ki, 2012-ci ilin finalında "Lion" "Quevilli"ni 1:0 hesabı ilə məğlub edərək çempionluğu qazanmışdı.
- Berdıyev transfer işlərinə başladı - Rusiya millisinin sabiq üzvünü istəyir
- Misli Premyer Liqasında XVIII turun hakimləri açıqlandı
- Azərbaycan - Avstriya oyununun biletləri satışa çıxarılır
- "Mançester Yunayted" "Atletiko Madrid"in müdafiəçisi ilə maraqlanır
- Cüdoçularımız Avropa çempionatına türkiyəli mütəxəssisin rəhbərliyi altında hazırlaşırlar
0
0