Lionel Messi məşqlərə başlayıb
30.08.2024 - 14:19
![Lionel Messi məşqlərə başlayıb](https://apasport.az/storage/news/2024/august/30/big/66d19d04c64aa66d19d04c64ab172501325266d19d04c64a866d19d04c64a9.jpeg)
Amerika təmsilçilərindən “İnter Mayami”nin futbolçusu Lionel Messi məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı hücumçu sonuncu dəfə iyulun 15-də Argentina yığması ilə Amerika Kubokunda Kolumbiya ilə final oyununda meydana çıxıb (1:0).
Messi MLS-də sentyabrın 1-də “Çikaqo Fayr”la oyunda iştirak edə bilər.
0
0