"Liverpul"un baş məşqçiləri Almaniyanın "Adidas" şirkəti ilə əməkdaşlığa razılaşıblar.
Apasport.az "Football Insider" nəşrinə istinadla xəbər verir ki, bu,klub tarixində ən böyük müqavilə olacaq.
Tərəflər 5 illik sövdələşmə imzalayacaqlar. "Qırmızılar" hər il təxminən 60 milyon funt-sterlinq (72 milyon avro) qazanacaqlar.
Klub gələn ilin yayında "Nike"la müqaviləsi başa çatdıqdan sonra "Adidas"la işləməyə başlayacaq.
"Liverpul" İngiltərə Premyer Liqasında yeni mövsümə uğurlu başlayıb. 8 turdan sonra Arne Slotun komandası 21 xal toplayıb və ölkə çempionatının turnir cədvəlində birinci yerdədir.
- AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib
- “Barselona” Dembele ilə anlaşır
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- "Bavariya" almaniyalı futbolçusu ilə yeni sözləşmə imzalayacaq
- Joze Alesio da Silva: "Son şans olacaq"