Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarında "Liverpul"la qarşılaşan PSJ növbəti tura vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, cavab oyununda 0:1 qələbə qazanan Paris klubu ümumi hesabı bərabərləşdirərək (1:1) penaltilər seriyasında qələbə qazanıb.
PSJ-nin baş məşqçisi Luis Enrike "Liverpul"la oyunu bu cür şərh edib:
"Bu, sadəcə başlanğıcdır. Biz daha da yaxşı olmaq istəyirik. Rəqimizdən asılı olmayaraq, öz futbolumuzu göstərəcəyik. Mən çox xoşbəxtəm və nə deyəcəyimi belə bilmirəm. Komandamla fəxr edirəm".
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında PSJ "Aston Villa" - "Brügge" görüşünün qalibi ilə qarşılaşacaq. Belçikada baş tutan ilk oyun ingilislərin qələbəsi ilə (3:1) başa çatıb.
- Yığmamızın hücumçusunun “Qrasshopper”ə transfer qiyməti açıqlandı
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla başa çatıb - FOTO
- “Bolonya”nın futbolçusu İngiltərə klublarının radarında
- Haaland bu ay futbol oynamayacaq
- "Mançester Yunayted" cari mövsüm ilk titulunu qazandı