Mahirin komandasının matçında qalmaqal - 3 polis yaralandı
05.04.2024 - 10:55
![Mahirin komandasının matçında qalmaqal - 3 polis yaralandı](https://apasport.az/storage/news/2024/april/05/big/660fa05768afb660fa05768afc1712300119660fa05768af8660fa05768afa.jpg)
Xorvatiya kubokunun yarımfinalında Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su "Hayduk"la üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, matç 1:0 "Dinamo"nun qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın nəticəsindən narazı qalan "Hayduk" azarkeşləri qalmaqala səbəb olub. Narazı qrup rəqib azarkeşlərin olduğu tribunalara keçmək istəyib. Hadisəyə polis əməkdaşları müdaxilə ediblər. Nəticədə 3 polis yaralanıb.
Yaşananlara görə 50-dən çox azarkeş saxlanılıb.
0
0