Maldini “Mançester Yunayted”ə gedir
18.11.2023 - 12:48
![Maldini “Mançester Yunayted”ə gedir](https://apasport.az/storage/news/2023/november/18/big/6558786d983fc6558786d983fd17002968136558786d983fa6558786d983fb.jpg)
“Milan”ın keçmiş idman direktoru Paolo Maldini “Mançester Yunayted”lə razılığa gəlib.
Apasport.az xəbər verir ki, Premyer Liqa klubunun 25%-ni əldə etmək ərəfəsində olan yeni sahibkarların növbəti transferi İtaliya nəhənginin əfsanəsidir.
Maldini daha əvvəl Səudiyyə Ərəbistanın “Əll-İttihad” klubundan təklif alsa da, geri çevirmişdi. Lakin italiyalı İngiltərə nəhənginin təklifinə razılıq verib.
Qeyd edək ki, 55 yaşlı mütəxəssis 4 il texniki direktoru olduğu “Milan”dan bu ilin iyununda ayrılıb. O, həmçinin ABŞ-ın “Mayami” klubunun sahiblərindən biridir.
0
0