“Mançester Siti” eyni anda 4 "Jirona"lı ilə maraqlanır
24.01.2024 - 11:44
"Mançester Siti"nin idman direktoru Çiki Beqiristayn İspaniya çempionatının "Jirona" - "Sevilya" (5:1) matçını ziyarət edib.
Apasport.az "Cronica Global"a istinadla xəbər verir ki, funksioner potensial futbolçuları araşdırıb.
“Şəhərlilər”in maraq dairəsində bir neçə “Jirona” oyunçusu var. Söhbət hücumçular Artyom Dovbik və Savio Moreyra, eləcə də 2 yarımmüdafiəçi - Viktor Tsıqankov və Yan Koutodan gedir.
Qeyd edək ki, “Sevilya” ilə görüşdə Dovbik het-trik edib, Tsıqankov 1 qol vurub.
- Babək Quliyev Türkiyə millisinin oyununa təyinat alıb
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Azərbaycanlı hücumçu Çin klubu ilə müqavilə imzaladı
- “Neftçi” "Araz" qarşısında xalsız qaldı - YENİLƏNİB
- "Araz"ın avrokubokdakı rəqibi heyətini “Benfika”nın yetirməsi ilə gücləndirib
0
0