"Mançester Siti" "Tottenhem"in ulduzunu hədəfləyir
20.01.2024 - 15:27

“Tottenhem”in sağ cinah müdafiəçisi Pedro Porro “Mançester Siti”yə qayıda bilər.
Apasport.az xəbər verir ki, 24 yaşlı ispaniyalı futbolçu bu mövsüm komandasının əsas oyunçularından birinə çevrilib.
İddialara görə, "Mançester Siti"nin "sükançı"sı Pep Qvardiola həmyerlisini Kayl Uokerin uzunmüddətli əvəzləyicisi kimi görür.
Pedro Porro 2019-2022-ci illərdə “Mançester Siti”yə məxsus olub, sonra isə əsas komandada debüt etmədən “Sportinq”ə satılıb.
"Transfermarkt"ın məlumatına görə, ispaniyalının dəyəri 45 milyon avrodur.
- Ölkə birinciliyində komanda yarışları başa çatıb
- UEFA Avropa Liqası: “Beşiktaş”dan səfər qələbəsi, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qaldı - YENİLƏNİB
- "Sent-Etyen" "Lion"u evə xalsız göndərdi
- Boksçularımızdan 7 qızıl və 4 bürünc medal
- İlkay Gündoğan “Qalatasaray” iddialarına son nöqtəni qoydu
0
0