“Mançester Siti”nin futbolçusu “Marsel”də
16.08.2022 - 14:41
“Mançester Siti”nin futbolçusu “Marsel”də

“Mançester Siti” futbolçusu İssa Kaboreni icarəyə verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasına Fransada davam edəcək.

21 yaşlı oyunçu “Marsel”ə keçib. İssa 2022/23 mövsümündə Liqa1 təmsilçisinin uğurları üçün çalışacaq. Marsellilər müdafiəçini 20 milyon avroya almaq hüququna da malikdir.

Qeyd edək ki, ötən mövsüm “Trua”da icarədə olan futbolçu 31 matça çıxıb.