"Mançester Yunayted" azarkeşlərinə şad xəbər
23.12.2023 - 15:19
“Mançester Yunayted” azarkeşlərinə şad xəbərimiz var.
Apasport.az xəbər verir ki, komandanın aparıcı futbolçularından Kristian Eriksen zədəsini sağaldıb.
Bu haqda komandanın baş məşqçisi Erik ten Haq məlumat verib. Niderlandlı mütəxəssis "Vest Hem"lə oyun öncəsi yarımmüdafiəçi Eriksenin əsas heyətə qayıtdığını açıqlayıb.
Qeyd edək ki, 31 yaşlı orta xətt oyunçusu dizindəki zədə səbəbindən təxminən 6 həftə komandasına kömək edə bilməyib. Bu mövsüm 15 matçda meydana çıxan Eriksen 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Ferensvaroş”un kapitanı: “Qarabağ” hücuma çıxanda onu dayandırmaq çətindir” - MÜSAHİBƏ
- A Seriyası: “Yuventus”dan səfərdə xal itkisi
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə start veriləcək
- Azərbaycan Premyer Liqası dünyanın ilk “10-luğ”una düşdü
- Yığmamız Avropa çempionatında 2 medalla başa vurdu
0
0